Argentina yığması biabır oldu
02.06.2011 - 09:24
Argentina yığması biabır oldu
Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ən böyük sensasiya Abucada qeydə alınıb.

2 qat dünya çempionları Argentina futbolçuları səfərdə Nigeriyaya məğlub olublar. Cənubi amerikalıların adi hesabla uduzmasını gözlənilməzlik sayılmasa da, darmadağın sensasiya hesab edilir.

Belə ki, Argentina yığması 1:4 hesabı ilə uduzub. Böyük hesablı məğlubiyyətlə biabır olan qonaqlar təsəlli qolunu da uzatma dəqiqələrində vurublar. Afrikalılar isə 4 qolu cəmi 52 dəqiqəyə vurublar.

Yaponiya – Peru – 0:0
Nigeriya - Argentina – 4:1
Ukrayna – Özbəkistan – 2:0
Kanada – Ekvador – 2:2
Qvatemala – Venesuela – 0:2
Meksika – Yeni Zelandiya – 3:0