Rəşad Sadıqov: Bizə mükafat deyil, qələbə vacibdir
02.06.2011 - 10:33
“Bizə yığmada oyuna qədər mükafatın məbləği haqda heç nə demirlər. Bu, həmişə belə olub. Mükafatı yalnız oyundan sonra paltardəyişmə otağında bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
29 yaşlı müdafiəçi Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla səfər oyunu ərəfəsində baş tutan mətbuat konfransında qazax həmkarımızın mükafatla bağlı sualını belə cavablandırıb: “Düzdür, belə götürəndə mükafatlarımız az olub. Bu da qələbələrimizin az olması ilə bağlıdır. Türkiyə üzərində qələbəyə görə bizə nə qədər mükafat verildiyini deməyim düzgün çıxmaz. Bizə Türkiyə üzərində qələbə daha vacib idi, nəinki mükafat”.
Qeyd edək ki, sabah keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Mehman SÜLEYMANOV, Astana

0
0