Əfran İsmayılov: Narahat deyiləm
02.06.2011 - 11:29
“Zədədən sonra süni örtüklü meydanda oynamamışam. Ancaq millimizin Qazaxıstanla keçirəcəyi görüş süni meydanda baş tutacağından, biz də süni örtükdə məşq etmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Ötən ilin sentyabrında zədələnən və qış fasiləsinə qədər yaşıl meydanlardan kənarda qalan İsmayılov çempionatın ikinci dövrəsində komandasına kömək edə bilsə də, baş məşqçi Qurban Qurbanov onu süni örtüklü meydanda oynatmırdı. Yəni nə “Şəfa”da, nə də AZAL-ın stadionunda baş tutan matçlarda İsmayılov meydana çıxmayıb.
Hətta AZAL-la çempionatın son matçında Qurbanov onun adını oyunun protokoluna daxil etsə də, sonradan futbolçunun özünü narahat hiss etdiyini bilib, meydana buraxmadı. Bəs görəsən, süni örtüklü meydanda məşq edən və baş məşqçi Berti Foqts şans verəcəyi təqdirdə meydana çıxacaq yarımmüdafiəçi özünü necə hiss edir?
Yığma naminə istənilən çətinliyə sinə gərməyə hazır olduğunu deyən futbolçu yaxşı tərəfdən fərqlənməyə çalışacağını bildirib: “Təbii ilə müqayisədə süni örtüklü meydançada oynamaq ağırdır. Ancaq bu bizim əlimizdə deyil. Rəqibin ev oyununu keçirdiyi stadionun örtüyü də sünidir. Hələ ki, özümü narahat hiss etmirəm. Məşqlərdə də yaxşı tərəfdən seçilməyə çalışıram. İnşallah, meydana çıxsam, qələbə qazanmağımız üçün əlimizdən gələni edəcəyik”.

0
0