Adamiya gürcülərə yox, “Qarabağ”a lazımdı
02.06.2011 - 12:41
2012-ci il Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya ilə səfər oyununa hazırlaşan Gürcüstan yığmasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışına 30 futbolçu çağıran baş məşqçi Temuri Ketsbaya onların 9-dan imtina edib.
Tanınmış mütəxəssisin fikrində bir seçmə oyunu üçün 21 nəfər kifayətdir. Onun imtina etdiyi futbolçular sırasında Ağdamın “Qarabağ” klubunun hücumçusu Georgi Adamiya da var. Azərbaycana transfer olunduğu 2005-ci ildən sonra ilk dəfə milli düşərgəsinə yollanan Premyer Liqamızın ən yaxşı bombardirinin səviyyəsi Ketsbayanı qane etməyib.
Qeyd edək ki, Xorvatiya – Gürcüstan matçı iyunun 3-də keçiriləcək.

0
0