AFFA apasport.az-ın seçimini tanıdı
02.06.2011 - 15:30
AFFA Anatoli Banişevskinin “Yüzilliyin futbolçusu” seçilməsini rəsmən tanıyıb. Apasport.az saytının əfsanəvi hücumçunu 1911-2011-ci illəri əhatə edən vaxt üçün ən yaxşı futbolçusu seçməsi assosiasiya tərəfindən də müsbət qarşılanıb. AFFA-nın rəsmi saytı apasport.az-ın bu qərarını öz səhifəsində yerləşdirməklə bunu təsdiqləyib.
Qeyd edək ki, saytımız öz layihəmiz olan “Əsrin yığması”nın davamı olaraq səsvermədə ən çox səs toplayan Banişevskini “Yüzilliyin futbolçusu” elan edib. AFFA ilk layihəmizi də tanımışdı.
Qeyd edək ki, saytımız öz layihəmiz olan “Əsrin yığması”nın davamı olaraq səsvermədə ən çox səs toplayan Banişevskini “Yüzilliyin futbolçusu” elan edib. AFFA ilk layihəmizi də tanımışdı.
0
0