“Qalatasaray”dan “Neftçi”yə yaşıl işıq
02.06.2011 - 16:14
“Qalatasaray” klubu kolumbiyalı qapıçısı Robinson Zapata ilə rəsmən yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı əlcək sahibi ilə müqavilə qarşılıqlı şəkildə pozulub.
Razılaşmaya əsasən Zapataya 200 min avro kompensasiya və sərbəst futbolçu statusu verilib. “Cim Bom”un yanvarda Rumıniya “Styaua”sından transfer etdiyi qapıçı ilə 2,5 illik müqavilə imzalanmışdı.
Qeyd edək ki, Türkiyə mətbuatında az öncə Robinsonun Bakının “Neftçi” klubuna keçə biləcəyi bildirilirdi. Artıq “Qalatasaray”la vidalaşan qapıçının isə ölkəmizə gəlməsində heç bir problem qalmayıb.

0
0