Rövşən Əmiraslanov: Hər bir futbolçu “İnter”də oynaya bilər
02.06.2011 - 23:02
“Klubla müqaviləm başa çatıb. Hələ rəhbərliklə söhbətimiz olmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanov deyib.
Avrokuboklardan kənarda qalan “bankirlər” diqqətini yeni mövsümə yönəldib. Ötən yay çempionluğu bayram edən, qışda isə “Birlik kuboku”nu ölkəmizə gətirən Kaxaber Sxadadzenin yetirmələri bu dəfə Premyer Liqanı 5-ci pillədə qapadı.
Heyətdə köklü dəyişiklərə başlayan paytaxt təmsilçisi 10 futbolçu ilə yollarını ayırıb. Bununla belə, klub rəhbərliyi bir neçə yerli futbolçu var ki, onları saxlamaq niyyətindədir. Onsuz da yerli futbolçu baxımından korluq çəkən “bankirlər” bu baxımdan Əmiraslanovun qalmasında maraqlıdırlar: “İnter”də qalmaq istəyirəm. Komandadakı şərait məni qane edir. Yalan danışmaq istəmirəm, təkliflər var, amma heç biri ilə danışığım olmayıb. Müqaviləm bitib deyə, çıxıb gedəsi deyiləm. İki il yarımdır bu komandanın çörəyini yeyirəm. Ona görə də, əvvəlcə “İnter”in rəhbərliyi ilə görüşəcəm. Onlar da qalmağımı istəyirlər”.
Təbii ki, “İnter”də yerli futbolçuların əsas problemi meydana az-az çıxması ilə bağlıdır. Çünki gürcü mütəxəssis əsasən legionerlərə güvənir ki, bu da yerli oyunçuların daha çox ehtiyatda qalmasına gətirib çıxarır. Ancaq Əmiraslanov bunda heç bir problem görmür: “İnter” elə komandadır ki, orda hər bir futbolçu oynaya bilər. Əvvəlki illərlə müqayisədə son mövsümdə yerli futbolçular arasında ən çox oynayanlardan biri də mən oldum. Futbolçudan da çox şey asılıdır. Gərək etimadı doğruldasan. Qalası olsam, daha çox oynamağa çalışacaq”.

0
0