“Beşiktaş” daha bir futbolçu transfer etdi
02.06.2011 - 21:15
“Beşiktaş” daha bir futbolçu transfer etdi
Türkiyənin “Beşiktaş” klubu yay transfer dövründə 6-cı futbolçunu heyətinə qatıb. Lent.az-ın məlumatına görə, “qara qartallar” Portuqaliya “Benfika”sının braziliyalı müdafiəçisi Sidney Reşel de Silva Juniorla anlaşıb. Sidney sonradan transfer hüququnu əldə etmə şərti ilə 1 illik icarəyə götürülüb. 21 yaşlı oyunçu yaxın günlərdə İstanbulda olacaq və tibbi müayinədən keçəcək. Karyerasına Braziliyanın “İnternasyonal” komandasında başlayan Sidney 2008-ci ildə “Benfika”ya keçib.


Qeyd edək ki, “Beşiktaş” daha öncə Egemen Korkmaz, Mustafa Pektemek, Vəli Kavlak, Tanju Kayhan və Burak Kaplanla müqavilə bağlayıb.