Azərbaycan prezidenti Yozef Blatteri təbrik edib
03.06.2011 - 09:19
Prezident İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) rəhbəri Yozef Blatteri FİFA prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir: “Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonların sevimli idman növünün təbliği və yayılması sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, Azərbaycan ilə rəhbərlik etdiyiniz dünya futbol təşkilatı arasındakı əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcək”.

0
0