“Bavariya”nın futbolçuları “Pleyboy”da
12.06.2011 - 12:17
Almaniyanın 5 qadın futbolçusu “Pleyboy”a poza vermək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, ölkəsinin gənclər yığmasının üzvlərindən 3-ü “Bavariya” təmsilçiləridir. Bunlar Annika Doppler, İvana Rudeliç və Olya Simiçdir. Maraqlıdır ki, onlardan ikisi 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayta tanış simalardır. 2003-08-ci illərdə “Bavariya”ya rəhbərlik edən Rayt 6 il əvvəl Simiçi, 1 il sonra isə Doppleri komandasına cəlb etmişdi. Rudeliç isə onun kəşfi sayılmır. Çünki o, Raytdan sonra “Bavariya”ya gəlib. Münhenlilərdən başqa "Quterslo"da çıxış edən Kristina Qesat və "Volfsburq"un üzvü Selina Vaqner də “Pleyboy”a çəkilib.
0
0