Adrian Skarlatake üçün 200 min avro
13.06.2011 - 12:27
Adrian Skarlatake üçün 200 min avro
Son yarım ili “Xəzər Lənkəran” klubunun uğurları üçün çalışan rumıniyalı futbolçulardan 3-ü müqavilə ilə məxsus olduqları Buxarest “Dinamo”suna qayıdıblar. Apasport.az saytının məlumatına görə, icarə müddəti başa çatan Nikolae Muşat, Hristu Kiaku və Adrian Skarlatake hazırda vətənlərindədir. Lakin Rumıniya mətbuatı onlar arasında yenidən Lənkərana qayıdan futbolçunun olacağını istisna etmir. Belə ki, həmkarlarımızın iddiasına əsasən Skarlatake yenidən “Xəzər Lənkəran”a qayıtmağa yaxındır. Lakin “Dinamo” rəhbərliyi bunun üçün Azərbaycan kubokunun son qalibinə qiymət “oxuyub”. Lənkəranlılar bu legioneri qaytarmaq üçün 200 min avro ödəməlidir.