Emil Mpenza ən bərk gedən belçikalılar sırasında
13.06.2011 - 13:09
Emil Mpenza ən bərk gedən belçikalılar sırasında
Belçikanın ən bərk gedən futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız öz avtomobili ilə ən yüksək sürət yığan 10 oyunçunun adlarını müəyyənləşdirib. Siyahıya Belçika milli komandasının və “Genk” klubunun futbolçusu Antoni van den Borre başçılıq edir. O, yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan vaxt sürət həddi 120 km/s olan zonada 243 km/s ilə şütüyüb. Bu isə futbolçuya baha başa gəlib. Antoni 3 aylıq sürücülük hüququndan məhrum edilib. Lakin bu da onun rekord vurmağına mane olmayıb.

Van den Borre Belçika futbolu tarixinə ən bərk gedən futbolçu kimi düşüb. O, yığmanın və Hollandiya NEK-inin üzvü Tomas Şatelin hələ 2007-ci ildə müəyyənləşdirdiyi 219 km/s sürətini arxada qoyub.

Maraqlıdır ki, Belçikanın ən bərkgedən 3-cü futbolçusu Azərbaycan çempionudur. Bu. Belçika yığmasının sabiq üzvü və Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenzadır. O, 2003-cü ildə saatda 202 kilometr sürətlə gedən vaxt saxlanılıb və rekordu qeydə alınıb. Mpenza 4 il rekordçu olsa da 2007-ci ildə zirvəni Şatelə verib.