“Neftçi”nin baş məşqçisi vəzifəsindən getdi
13.06.2011 - 14:44
Bakının "Neftçi" klubunun əvəzedici komandasının baş məşqçisi İqor Getman vəzifəsindən gedib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı çalışdırıcı bundan sonra klubda başqa vəzifəni icra edəcək. Belə ki, Getman artıq “Neftçi”nin məşqçi-seleksiyaçı vəzifəsinə təyin olunub. O, təyinatı ilə əlaqədar klubun rəsmi saytına fikirlərini bildirib: "Neftçi" mənim doğma komandamdır. Bu klubda oynadığıma və hazırda işlədiyimə görə həmişə fəxr etmişəm və bundan sonra da fəxr edəcəyəm. Klubdakı işimlə bağlı rəhbərliklə danışığımız oldu. Bundan sonra fəaliyyətimi məşqçi-seleksiyaçı kimi davam etdirəcəyəm. "Neftçi" rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".
"Neftçi"nin əvəzedicilərinin baş məşqçisi postuna bir neçə namizəd var. Bu istiqamətdə danışıqlar gedir və yaxın günlərdə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, milli komandamızın da futbolçusu olan Getmanın ölkəmizdə karyerası yalnız “Neftçi”yə bağlı olub. O, uzun müddət oyandığı, kapitanı olduğu komandada futbolçu karyerasını bitirdikdən sonra bir müddət məşqçi işləyib.

0
0