AZAL-ın kəşfi: Dünən gəldi, bu gün pokerə imza atdı
13.06.2011 - 19:55
AZAL-ın kəşfi: Dünən gəldi, bu gün pokerə imza atdı
Avropa Liqasına hazırlığı davam etdirən Bakının AZAL klubu bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yoxlama oyununda qüvvəsini sınamaq üçün rəqib tapmaqda çətinlik çəkən bakılılar tələbələrdən təşkil olunmuş yığma ilə görüşüblər. Nazim Süleymanovun yetirmələri yalnız 1:1 hesabı ilə başa çatan ilk yarıda müqavimətə rast gəlib. Bakılılar fasilədən sonra daha 3 qol vuraraq 4:3 hesabı ilə qalib gəlib. AZAL-ın bütün qollarını komandanın düşərgəsinə dünən axşam qoşulan serbiyalı legioner Vladimir Cilas vurub. Baxışda olan hücumçu elə ilk sınaqda poker müəllifi olmaqla özünü yaxşı tərəfdən göstərib.