“Qəbələ” Ukraynaya yollanır
13.06.2011 - 22:17
“Qəbələ” Ukraynaya yollanır
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq “Obolon-2011” turnirində iştirak etmək məqsədilə iyunun 26-da Ukraynaya yola düşəcək. Apasport.az saytının xəbərinə görə, komandamız iyulun 1-dək davam edəcək turnirə Ali Yavaşın başçılığı altında 25 nəfərlik heyətlə yollanacaq.

Kiyevdə baş tutacaq birincilik 4 yaş qrupu üzrə keçiriləcək. Turnirdə U-13-lə yanaşı, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Latviya, Litva, Polşa, Rusiya, Estoniya və Özbəkistan kimi ölkələri təmsil edəcək U-11, U-10 və U-9 komandaları da mübarizə aparacaq.

“Qəbələ”nin qüvvəsini sınayacağı U-13 yaş qrupunda Ukraynadan 7, Moldovadan 2, Rusiyadan 1 və Belarusdan 1 komanda olmaqla 12 kollektiv iştirak edəcək. Matçlar “Obolon Arena”da iki 25 dəqiqədən ibarət hissə şəklində oynanacaq. Yalnız final qarşılaşması hər taym 30 dəqiqə olmaqla keçiriləcək.