Elşən Poladov: “Kəpəz”ə oynamaq üçün gəlmişəm
13.06.2011 - 23:00
“Artıq karyeramı hansı klubda davam etdirəcəyimi müəyyənləşdirmişəm və yeni komandamla müqavilə imzalamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsüm bitdikdən sonra AZAL-dan ayrılan Elşən Poladov deyib.
AZAL-da əsas heyətə düşə bilmədiyi üçün komandadan ayrılan qapıçı karyerasını harada davam etdirəcəyini dəqiqləşdirib. Bir müddət istirahət etdikdən sonra paytaxta dönən Poladov “Kəpəz”lə anlaşıb.
Yeni çempionatda iddialı heyət qurmaq niyyətində olan Gəncə təmsilçisi futbolçu ilə 1 il müddətini əhatə edən müqaviləyə imza atıb. Qolkiper başqa təkliflərin olduğunu, ancaq seçimini “Kəpəz”in xeyrinə etməsini belə izah edib: “Başqa variantlar var idi. “Kəpəz”i seçdim, çünki köklü klubdur. Azərbaycan futbolunda özünəməxsus yeri və rolu var. Həm də Gəncədə futbolu sevirlər, oyunlara gəlib azarkeşlik edirlər”.
Futbolçu əsas heyətə düşüb-düşməyəcəyini hələ bilməsə də, rəqabətə hazır olduğunu vurğulayıb: “Heyəti baş məşqçi qurur. Biz futbolçular da onların qərarına hörmətlə yanaşmalıyıq. Kim olur-olsun, rəqabət aparacam. “Kəpəz”ə oynamaq üçün gəlmişəm”.

- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
0
0