“Neftçi” ilə zarafat etməyəcəyəm”
14.06.2011 - 11:13
“Neftçi” ilə zarafat etməyəcəyəm”
İsveç çempionu “Malmö” futbol klubunun baş məşqçisi Rikard Norlinqin apasport.az saytına eksklüziv müsahibəsi

- Cari mövsümə uğursuz başlamısınız: 11 turdan sonra 6-cı pillədəsiniz...
- Təəssüf ki, çempionata lazım olduğu kimi başlaya bilmədik. Bu mənim klubda ilk mövsümümdür və daha yaxşı start arzulayırdım. Lakin heç nə itirilməyib. Mövsüm hələ irəlidədir.

- Bəlkə “Malmö” ötən illə müqayisədə zəifləyib?
- Dəyişikliklər çox olmasa da, özünü göstərir. Komandamızı 6 futbolçu tərk etmişdi. Yenilər əsas heyətə düşməkdə çətinlik çəkirlər. Amma bu, vaxtla düzələn işdir. Zaman “Malmö”nün gec və imkanlarını göstərəcək.

- Çempionlar Liqası haqda nə düşünürsünüz?
- Bu yarış bütün iştirakçılar üçün futbol sevincidir, biz də hazırlaşırıq.

- Qarşınıza hansı vəzifələr qoyulub?
- Format dəyişəndən sonra bizim kimi komandaların qrupa düşmək şansı yarandı. “Kopenhagen” ötən mövsüm bunu göstərdi. Bunu təkrarlamaq çətin olacaq, lakin cəhd etmək olar.

- Bunun üçün ilk növbədə 2-ci təsnifat mərhələsini keçməlisiniz. Orada isə Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşa bilərsiniz...
- Potensial rəqiblərimizin siyahısına baxmışam. Orda elə-belə, asan komanda yoxdur.


- “Neftçi” haqda danışmadınız...
- İstəyirsiniz ki, ad çəkim? “Neftçi” ilə qarşılaşmaq istəmirəm. Axı yol uzaqdır. Bu da futbolçulara pis təsir edir. Üstəlik, bizdə çempionat da gedir.

- Bəs rəqib kimi “Neftçi”dən çəkinmirsiniz?
- Biz bilirik ki, cənubda sürətli və texnikalı oynayırlar. Bu isə təhlükəlidir. Səhv etmirəmsə, iki il öncə “Rusenborq”u sizinkilər dayandırmışdı. Ona görə də zarafat etməyəcəyəm.

- Püşkdə “Neftçi” düşsə, necə qarşılayacaqsınız?
- Sizi xatırlayacağam.

- Qorxmursunuz ki, 2-ci təsnifat mərhələsində mübarizəni dayandırarsınız?
- Etiraf edək ki, bu mümkündür. Lakin bizim üçün məqbul deyil. İlk oyunlardan sonra yarışdan çıxmaq hədəflərimizə uyğun deyil. İmkan verin, yaxşı şeylər haqda fikirləşək.


Rüstəm MİKAYILLI