Yoahim Löv Bakıya gətirmədiyi futbolçu ilə görüşəcək
14.06.2011 - 11:45
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv millinin əsas kapitanı Mihael Ballakın taleyinə aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, Almaniya futbol ictimaiyyətini “Bayer”in 35 yaşlı yarımmüdafiəçisinin Bundestimə qayıtması məsələsi maraqlandırır.
Lövün Ballaka bel bağlamağı ilə bağlı suala hələ də dəqiq cavab verməməyi məsələnin uzanmasına gətirib çıxarıb. Almaniyalı çalışdırıcı buna son qoyacaq: “Biz Ballakla çoxdandır söhbətləşməmişik. Yaxın vaxtda onunla görüşüb, danışacağam. Hamı bu məsələnin imkan daxilində daha tez aydınlaşmağında maraqlıdır”.
Qeyd edək ki, Mihael 2 il öncə qol vurduğu milli komandamızla cari seçmə mərhələdə oyunlarda iştirak etmədi. Uzun müddətdir zədə problemi olan təcrübəli futbolçunun son oyunlara çağırılması gündəmdə olsa da, Löv onu Bakıya gətirməməyə qərar verdi.

0
0