Yığmamızın üzvü Ukrayna kubokunda da fərqləndi
14.06.2011 - 11:57
Futzal üzrə Ukrayna kubokunun ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Serjao daha bir fərdi mükafat qazanıb.
“Uraqan” klubunda çıxış edən yığmamızın milliləşən legioneri bu yarışda da hamıdan yaxşı olub. “Energiya-Taym” klubunda olan Mixail Romanovla birlikdə 10 qol vuran Serjao mövsümdə üçüncü titulunu qazanmaqla, het-trik müəllifi olub.
Qeyd edək ki, “Uraqan”la Ukrayna çempionu olan futzalçı fərdi mübarizədə həm çempionatın, həm də kubokun “qol kralı” olub.

0
0