“Kaş, mən bu son 3 qolu vurmazdım...”
14.06.2011 - 12:06
“Kubok yarışının ən yaxşı bombardiri olmağım üçün mənə “afərin” sözü düşmür”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının üzvü Serjao deyib.
Milliləşən braziliyalı çıxış etdiyi “Uraqan” klubunun heyətində vurduğu qollarla Ukrayna kubokunun ən yaxşı bombardiri olmasına münasibət bildirib. Serjao 5 oyunda 10 qol vurmasını, mübarizəni dayandırdıqları yarımfinalda 3 dəfə rəqib qapısına yol tapmasını uğur saymır: “Kaş, mən bu son 3 qolu vurmazdım, amma komandamız mərhələ adlayardı. Bax belə olsaydı, mənə “afərin” deyərdiniz”.
Qeyd edək ki, Serjao Azərbaycan millisinin heyətində Avropa çempionatının yarımfinalçısıdır.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0