“Kəpəz” Rusiyada 3 futbolçu tapıb
14.06.2011 - 12:41
“Kəpəz” ilk transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, qərblilər bir neçə futbolçu ilə müqavilə imzalayıb. Bunlar Ruslan Poladovla Zaur Əsədovdur. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.
Bu barədə məlumatı klubun prezidenti Elmir Əliyev verib. O, baş məşqçi Mehman Allahverdiyevin təyinatından sonra komandada gəncləşdirməyə üstünlük verildiyini bildirib: “Artıq 10-a yaxın futbolçu ilə yollarımızı ayırmışıq. Onların arasında legionerlərlə yanaşı yerli futbolçular da var. Əvəzedici komandamızdan da bir neçə gənc və perspektivli futbolçunu əsas heyətə qatmaq fikrimiz var. Komandaya dəvət edəcəyimiz legionerlərin də gənclər olmasına çalışırıq”.
Əliyev bildirib ki, hazırda Allahverdiyev və onun köməkçisi Vidadi Rzayev Rusiyadadırlar və onlar bir neçə futbolçu ilə yaxından maraqlanırlar: “Rusiyanın aşağı liqasında keçirilən “Torpedo” (Armavir) - “Rotor” oyununu canlı izləyən məşqçi heyəti 2-3 futbolçunu seçiblər. Onlarla danışıqlar aparılaraq Kəpəzin heyətinə dəvət etmək planımız var. Əgər təlim məşq toplantılarında həmin futbolçular lazımi səviyyəni sərgiləyə bilsələr müqavilə imzalanacaq”.

0
0