“Daha az səhvə yol verən komanda qələbə qazandı”
14.06.2011 - 12:57
“Əvvəlki oyunlarla müqayisədə daha yaxşı oynadıq. Daha az səhvə yol verən komanda qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov deyib.
Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirinin son qrup oyununda Qazaxıstana uduzan asiyalıların çalışdırıcısı yetirmələrinin səhvlərindən şikayətlənib: “Təəssüf ki, biz rəqibimizdən daha çox səhv etdik. Hiss olunur ki, komandamız oyundan-oyuna inkişaf edir. İlk dəfə beynəlxalq turnirdə iştirak etdiyimizdən uşaqlar psixoloji baxımdan çətinlik çəkir”.
Qeyd edək ki, 1:2 hesabı ilə uduzan taciklər 7-ci yer uğrunda matçda Qırğızıstanla qarşılaşacaq.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0