Oliver Pelzerin köməkçisi həyəcanlanmalarının səbəbini açıqladı
14.06.2011 - 13:01
“Tacikistan yığması ilə oyunda çox istəkli oynadıq. Qələbə qazanmaq üçün maksimum gücümüzü sərf etdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) məşqçisi Nikolay Stoyakin deyib.
Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirində çıxış edən komanda bu gün qrupda keçirdiyi son oyunda Orta Asiyanın digər təmsilçisi – tacik həmyaşıdları ilə görüşərək, 2:1 hesabı ilə qalib gəlib. Nəticədə onlar turnirdə 5-ci yer uğrunda mübarizə aparmaq hüququna malik oldu.
Stoyakin qol vəziyyətlərinin az istifadə etdiklərindən narazı qalıb: “Daha çox qol epizodu yaratsaq da, hamısından yararlana bilmədik. Oyunun sonu daha sakit keçə bilərdi. Lakin qol buraxdığımız üçün həyəcanlanmalı olduq. Qələbə qazandığımıza görə sevinirik”.
Qeyd edək ki, Qazaxıstanın U-17-i yığmamızın sabiq baş məşqçisi Oliver Pelzer çalışdırır. Ancaq almaniyalı çalışdırıcı xəstələndiyindən, ona tanış olan Bakıya gələ bilmədi.

0
0