Türkiyə futbolunda kütləvi cəzalanma
14.06.2011 - 13:17
Türkiyə Futbol Federasiyası 11 nəfəri ömürlük cəzalandırıb. Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan həmin şəxslər danışılmış oyunlarda iştirak etdikləri üçün təqsirli sayılıblar.
Onların arasında klubların məşqçiləri, menecerlər və keçmiş futbolçular da var.
Araşdırmalarının nəticəsində danışılmış olması sübuta yetirilən 17 görüş Türkiyə çempionatının müxtəlif liqalarında keçirilib. Nəticəyə təsir etmək cəhdləri 29 dəfə olub.
Ömürlük cəzalandırılanlarla yanaşı, 23 nəfərə yarım ildən 3 ilədək futbol fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulub.

0
0