“Rəqibimiz Azərbaycan milli komandasından geri qalırdı”
14.06.2011 - 13:43
“Bugünkü rəqibimiz Azərbaycan və Türkiyə millilərindən səviyyə etibarilə geri qalırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Özbəkistan 17 yaşlılardan ibarət yığmanın baş məşqçisi Dilşod Nuraliyev deyib.
Bakıda keçirilən “Caspian Cup” turnirində bu gün qırğız həmyaşıdlarını darmadağın edən (7:0) özbəklər qrup 3-ü oldular. Nuraliyev səviyyə fərqinin nəticəyə təsir etdiyini düşünür: “Oyuna yaxşı başladıq. İlk hissədə rəqibin qapısından üç cavabsız top keçirdik. Fasilədən sonra komanda daha yaxşı çıxış etdi və nəticədə böyük hesablı qələbəyə imza atdıq”.

0
0