Vaqif Cavadov üçün Marko van Bastenlə Ronald Kuman
14.06.2011 - 14:47
Vaqif Cavadov üçün Marko van Bastenlə Ronald Kuman
Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubu baş məşqçi vəzifəsinə namizədləri konkretləşdirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi Mişel Pryudomun gedişindən sonra boş qalan posta 2 məşhur hollandiyalıdan – Ronald Kumanla Marko van Bastenin birini gətirəcək.

“Tvente” rəhbərliyi danışıqları sürətləndirib və iyunun 20-dək onlardan biri ilə anlaşmağı planlaşdırır. Ancaq böyük ehtimalla danışıqlar cümə gününə qədər yekunlaşacaq. Komanda məhz bundan sonra, gələn həftə yeni baş məşqçisinin rəhbərliyi altında növbəti mövsüm öncəsi ilk məşqinə çıxacaq.


Qeyd edək ki, hazırda Hollandiyada olan Vaqif “Tvente”dəki gələcək taleyini aydınlaşdırmağa çalışır.