Türkiyə Futbol Federasiyası başsız qaldı
14.06.2011 - 16:42
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener vəzifəsindən gedib. Apasport.az saytının məlumatına görə, Özgener qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, həmçinin iyunun 29-da keçiriləcək prezident seçkilərində namizədliyini verməyəcəyini bildirib: “Bu söhbət mənim üçün böyük əhəmiyyət daşıyır. Mətbuat üçün gələn həftə toplantı keçirib, sualları cavablandıracağam. Təşəkkürlərin ən böyüyünü sevgili ailəmə edirəm. Məni ölümlə hədələyən saxta azarkeşlərə rəğmən, arxamda duran sevgili həyat yoldaşıma təşəkkür edirəm. TFF rəhbəri olaraq 3,5 il daşıdığım bu vəzifədə fəaliyyətimi bitirməyə qərar verdim. Bunun 2 səbəbi var. Birincisi, yaşadığım yerlə iş yerim arasındakı uzaqlığın ailəmə yaşatdığı problemdir. Digəri isə mənə qarşı çıxanlara cavabımdır. Sonda öz istəyimlə vəzifəmdən gedən bir prezident olaraq önəmli bir ilki həyata keçirdim”.
Qeyd edək ki, hazırda federasiya prezidentliyinə 2 namizəd var. Bunlar "İstanbul Böyükşəhər Bələdiyyəsi" klubunun prezidenti Göksəl Gümüşdağ və TFF İdarə Heyətinin üzvü, Acıbadəm xəstəxana şəbəkəsinin sahibi Mehmet Əli Aydınlardır.

0
0