Yığmamız Türkiyə ilə bacarmadı
14.06.2011 - 17:48
Yığmamız Türkiyə ilə bacarmadı
Bu gün Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirində A qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrupun son oyununda Azərbaycan və Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandaları görüşüblər. İlk 2 qarşılaşmasında öz rəqiblərini məğlub edən komandaların oyunu qrup qalibinin adına aydınlıq gətirib. İlk hissədə 2 qol vuran türkiyəlilər fasilədən sonra fərqi 3-ə çatdırmaqla matçın və qrup birinciliyinin taleyini böyük ölçüdə həll edib. Təbriz Həsənovun yetirmələri bundan sonra vözünə gəlib 2 qol vursa da məğlubiyyətdən qaça bilməyib – 2:4.

Qeyd edək ki, birisi gün keçiriləcək final matçlarında Türkiyə 1-ci, millimiz isə 3-cü yer uğrunda oyuna çıxacaq.

A qrupu

s/s
Komanda
O
Q
H
M
T/F
X
1
Türkiyə
3
3
0
0
13-2
9
2
Azərbaycan
3
2
0
1
9-6
6
3
Özbəkistan
3
1
0
2
9-10
3
4
Qırğızıstan
3
0
0
3
0-13
0