Təbriz Həsənov: Yaratdığımız qol epizodlarının çoxundan yararlana bilmədik
14.06.2011 - 21:29
“Oyuna yaxşı hazırlaşmışdıq. Amma erkən qol buraxmağımız komandaya psixoloji baxımdan pis təsir etdi”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirində bu gün A qrupunun oyunlarına yekun vurulub. İlk iki görüşdə qələbə qazanan milli komandamız son matça Türkiyəyə uduzub (2:4). Oyunla bağlı danışan Həsənov rəqibin güclü olduğunu bildirib: “İkinci hissədə daha yaxşı oynadıq. Təəssüf ki, yaratdığımız qol epizodlarının çoxundan yararlana bilmədik. Türkiyə yığmasını qələbə münasibətilə təbrik edirəm. Həqiqətən də, bugünkü rəqibimiz çox yaxşı komandadır”.

- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0