“Azərbaycan yığmasına qarşı Bakıda oynamaq asan deyil”
14.06.2011 - 21:32
17 yaşınadək futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Tahir Karapınar “Capian Cup” turnirində Azərbaycan yığması üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, türkiyəli çalışdırıcı 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, Bakıda millimizə qarşı oynamağın asan olmadığını söyləyib: “Maraqlı oyunun şahidi olduq. Gərgin mübarizənin sonunda qazanan tərəf biz olduq və buna görə çox şadıq. Azərbaycanlı həmkarlarımızın bizi təbrik etməsi, azarkeşlərin alqışlaması çox xoş oldu. Azərbaycan yığmasına qarşı Bakıda oynamaq asan deyil”.
- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0