“Bu oyunun nəticəsi futbolçularımız üçün yaxşı təcrübə oldu”
14.06.2011 - 23:02
“Rəqibimiz son dərəcə əzmkarlıqla mübarizə apardı. Bu oyunun nəticəsi futbolçularımız üçün yaxşı təcrübə oldu”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək futbolçulardan ibarət İspaniya millisinin baş məşqçisi Santyaqo Denia deyib.
Bakıda keçirilən “Caspian Cup” turnirinin qrup mərhələsinin son turunda Gürcüstanla heç-heçə (1:1) oynayan ispaniyalıların çalışdırıcı bildirib ki, finalda Türkiyə ilə oyun da asan olmayacaq: “Futbolçularımız bir daha əmin oldular ki, futbol son dəqiqəyədək oynanılması vacib bir oyundur. Əks halda, pis nəticə ilə üzləşmək qaçılmazdır. Türkiyə yığması ilə keçirəcəyimiz son oyun da asan olmayacaq”.

0
0