Gürcüstanlı məşqçi millimizə azarkeşlik edir
14.06.2011 - 23:04
17 yaşadək futbolçulardan ibarət Gürcüstan millisinin baş məşqçisi Vasul Maisuradze Bakıda keçirilən “Caspian Cup” turnirində İspaniya ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gürcü mütəxəssis bildirib ki, indiyədək İspaniya yığması kimi güclü bir komanda ilə heç vaxt rastlaşmayıb: “Bu oyunda çox şey öyrəndik. Rəqibimizin hər hansı zəif mövqeyi yox idi. Heç-heçə bizim üçün yaxşı nəticədir. Bu turnirdə Azərbaycan yığmasına azarkeşlik etdiyim üçün növbəti rəqibimizin Türkiyə komandası olması istəyirdim”.
0
0