Ruud Qullit Rusiyadan qovuldu
15.06.2011 - 09:52
Rusiyanın “Terek” klubu baş məşqçi Ruud Qullitlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Qroznı təmsilçisinin Premyer Liqada uğursuz çıxışı rəhbərliyin səbr kasasını daşdırdığından hollandiyalı mütəxəssis komandadan qovulub.
“Terek”in və Çeçenistan Respublikasının prezidenti olan Ramazan Kadırov bildirib ki, Qullitə böyük ümidlər bəsləsələr də, o bunu doğrultmayıb və bunun üçün də komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, 1,6 illik müqaviləsi olan Qullit “Terek”də cəmi 147 gün tab gətirə bilib. Onun rəhbərliyi altında 13 oyuna çıxan Qroznı klubu 3 matçda qələbə qazandığı halda, 7 matçda məğlub olub. Hazırda aktivində 12 xalı olan “Terek” 13-cü pillədə qərarlaşıb.

- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0