Milli komandanın sabiq futbolçusuna ölüm cəzası - FOTO
15.06.2011 - 13:55
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının sabiq futbolçusu Juma Xamis ölüm cəzasına məhkum edilib. Apasport.az saytının məlumatına görə, müdafiəçi 2008-ci ildə adam öldürməkdə təqsirli bilinib.
Belə ki, Xamis qardaşı və dostu ilə birgə Şarca şəhərində avtomobil dayanacaqlarının birində dava zamanı qarşı tərəfdən 1 nəfəri bıçaqlayaraq, həyatına son qoyublar. Öncə məhkəmə kifayət qədər sübut olmadığına görə bu üçlüyə 1 il həbs cəzası və 1880 avro cərimə kəsib.
Lakin bu qərar qarşı tərəfi qane etməyib. Təkrar apelyasiya məhkəməsinə müraciət olunduqdan sonra hökm dəyişdirilib. Nəticədə Ali Federal Məhkəmə cinayətkarların cəzasını ölüm cəzası ilə əvəzləyib. İndi üçlüyü yalnız BƏƏ-nin prezidenti şeyx Xəlif Xəlif ben Zayd Əl Nahayan və Şarcanın hökümdarı Sultan ben Məhəmməd Əl Kəsimi əfv edə bilər.

0
0