Dmitri Kruqlov Cənubi Amerikaya gedir
15.06.2011 - 15:15
Estoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tarmo Ryuytlu Çili və Uruqvayla yoldaşlıq görüşləri üçün açıqladığı yeni siyahıya Azərbaycan Premyer Liqasından 2 futbolçunun adını daxil edib.
Estonların Cənubi Amerikada keçiriləcəyi oyunlarında Bakı “İnter”inin müdafiəçisi Dmitri Kruqlov da iştirak etmək imkanı qazanıb. Paytaxt klubun futbolçusunun şərəfini qoruduğu yığma iyunun 19-da Santyaqoda Çili, 4 gün sonra isə Montevideoda Uravayla görüşəcək.
Ryuytlunun etimad göstərdiyi digər futbolçu Tixon Şişovdur. O, 1 ildir ölkəmizdə oynamasa da, müqavilə ilə “Xəzər Lənkəran”a məxsusdur.
Qeyd edək ki, bu görüşlər FİFA-nın yoldaşlıq matçları üçün ayırdığı tarixə düşmədiyindən Estoniya yığmasının bir neçə futbolçusu düşərgəyə çağırılmayıb. Onların əvəzində isə milli 7 debütant dəvət olunub.

0
0