Fatih Terimin Potuk sevdası
15.06.2011 - 15:56
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim komandada görmək istədiyi daha bir futbolçunun adını açıqlayıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis “Əskişəhərspor”da forma geyinən Alper Potuku “sarı-qırmızılı” kluba transfer etmək üçün rəhbərliyə müraciət edib.
Terim bildirib ki, bu futbolçu gənc olmasına baxmayaraq, “Qalatasaray”a böyük fayda verəcək: “Alperin oyununu uzun müddətdir izləyirəm. O, son mövsümdə əla çıxışı ilə yadda qaldı. Potukun 18 yaşı olsa da, orta sahədə tək başına oynayacaq qədər güclüdür. Bu futbolçunu mütləq heyətimizə qatmağımız vacibdir”.
Artıq danışıqlara başlanılıb və son qərarı “Əskişəhərspor”un baş məşqçisi Bülənt Uyğun verəcək. Çünki o da Potukun komandada qalmasını istəyir.
Futbolçu özü isə xidmətində maraqlı olan digər Super Liqa təmsilçisi - “Trabzonspor”a keçmək arzusundadır: “Bu klubun çalışdırıcısı Şenol Günəş gənclərə güvənir və onlara yer verir. Bu səbəbdən də “Trabzonspor”da forma geyinmək istəyirəm. Amma son qərarı məxsus olduğum komanda rəhbərliyi verəcək”.
Qeyd edək ki, Alper Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovla “Əskişəhərspor”da komanda yoldaşı olub.

0
0