Azərbaycan millisinin rəqiblərinin Danimarka uğursuzluğu
16.06.2011 - 08:24
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) Avro-2013-ün seçmə mərhələsində rəqibləri uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, İngiltərə və İslandiyanın U-21-i Danimarkada keçirilən Avro-2011-in final mərhələsində ümidləri doğrultmur. İslandiyalılar qrupda keçirdiyi hər 2 görüşdə eyni hesabla (0:2) uduzub. Bunlar Belarus və İsveçrəyə məğlubiyyətlərdir. Nəticədə qrupda son pillədə gedən İslandiya növbəti mərhələyə çıxmaq şansını artıq itirib.
Qrupumuzun və turnirin favoriti olan İngiltərə də hələ ki qələbə üzünə həsrət qalaraq, eyni nəticələri sıralayır. Bu, ilk turda Ukrayna ilə qolsuz, ardından Çexiya ilə 1:1 hesablı bərabərlikdir. 3-cü yerdə gedən ingilislərin qrupdan çıxmaq şansı qalsa da, bunu reallaşdırmaq çətin olacaq. Çünki komandanı son turda qrup lideri İspaniya ilə çətin sınaq gözləyir.

0
0