“Qəbələ”nin baş məşqçisi Maradona ilə bir arada
16.06.2011 - 10:00
“Qəbələ”nin baş məşqçisi Maradona ilə bir arada
Dünyanın ən məşhur “uğursuz dahilər”inin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı baş məşqçi kimi böyük nailiyyət qazana bilməyən dahi futbolçuların siyahısını tərtib edib.

Həmkarlarımızın “Böyük oyunçu, lakin uğursuz məşqçi” adı ilə hazırladığı yazıda “Qəbələ” klubunun baş məşqçisi Toni Adams da yer alıb.

Vətənində baş məşqçi kimi ciddi uğur qazana bilməyən İngiltərə futbolunun əfsanəsi adı siyahıda olan əksər həmkarlarından fərqli, hələ də fəaliyyətini davam etdirir. Bu isə o deməkdir ki, Adamsın bu siyahıdan Azərbaycanda qazana biləcəyi uğurlar sayəsində çıxması mümkündür.

Təbii ki, futbolçu kimi “Arsenal”da qazandıqlarını baş məşqçi kimi təkrarlamaq çox çətindir. Amma istənilən halda, mütəxəssis özü haqda bu fikri dəyişmək iddiasındadır.

Adamsla yanaşı, bu siyahıda Ruud Qullit, Bobbi Çarlton, Pol Qaskoyn, Con Barns, Devid Platt, Pol Merson, Pol İns, Alan Şirer, hətta Dieqo Maradona da var.