Toni Adams Ernan Krespo ilə görüşəcək
16.06.2011 - 10:13
Toni Adams Ernan Krespo ilə görüşəcək
İngiltərənin “Luton Park” klubu mövsümlərarası fasilədə qarşılaşacağı komandaların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyulun 27-də “Qəbələ” ilə görüşəcək britaniyalılar məhz Toni Adamsın komandası ilə üz-üzə gələcəklərini xüsusi qeyd edirlər.

Onlar İngiltərə futbolunun əfsanəsi ilə məşhur argentinalı Ernan Kresponun öz stadionlarında görəcəklərindən məmnundurlar. Elə həmkarlarımızın bununla bağlı hazırladığı xüsusi yazı da bu simaların adı ilə bağlıdır: Ernan Krespo və Toni Adams “Kenlvort Road”a gəlir.

Bu isə o deməkdir ki, “Luton Park” öz meydanında təkcə “Qəbələ” deyil, həm də Kresponun şərəfini qoruduğu İtaliya “Parma”sı olacaq. Eyni vaxtda Lutonda olacaq “Qəbələ” və “Parma”nın nəinki meydandan kənarda, hətta meydanda da görüşməsi mümkündür. Komandalar sınaqçı rəqiblərinə aydınlıq gətirsə də dəyişikliyin edilməsi istisna deyil.