Stan: Azərbaycana gedən futbolçu həmişəlik it-bat olur
16.06.2011 - 10:31
Stan: Azərbaycana gedən futbolçu həmişəlik it-bat olur
“Etiraf edim ki, biz də Kristian Badın xidmətində maraqlıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Otselul” klubunun prezidenti Marius Stan deyib.

O bildirib ki, son Rumıniya çempionu heyətini gücləndirmək üçün “Xəzər Lənkəran”la danışıqlar aparan Kristian Badın transferini gerçəkləşdirmək niyyətindədir: “Lakin bircə şey bizə qaranlıq qalır. O, niyə görə mövsümün sonunda belə zəif çıxış etdi. Başa düşürəm ki, bu, “Xəzər Lənkəran”dan aldığı cəlbedici təkliflə də bağlı ola bilər. Mənim şəxsi fikrim belədir ki, Azərbaycana gedən futbolçu birdəfəlik it-bat olur. Fikrimcə, biz Kristiana konkret təkliflə çıxış edə bilərik”.