Milli komandanın futbolçuları qəzeti məhkəməyə verirlər
16.06.2011 - 10:44
Milli komandanın futbolçuları qəzeti məhkəməyə verirlər
“Mançester Yunayted”in futbolçuları Rayan Giqqzlə Ueyn Runi İngiltərənin “News of the World” qəzetini məhkəməyə verirlər. Apasport.az saytının məlumatına görə, onlar jurnalistlərin mobil telefonlarına xaker hücumlarından şikayətçidirlər.

Futbolçuların telefonlarına gizlicə qulaq asan mətbuat nümayəndələri onların şəxsi həyatları haqda qalmaqallı yazılar dərc ediblər. Təkcə Rayanla Ueyn yox, başqaları da bu hücuma məruz qalıb. Polis yaxında bu işlə bağlı 3 jurnalisti həbs edib.