Qazaxıstan yığmasının futbolçusu yenidən Azərbaycana gəlmək istəyir
16.06.2011 - 10:53
Qazaxıstan yığmasının futbolçusu yenidən Azərbaycana gəlmək istəyir
Qazaxıstan yığmasının bombardiri Dmitri Byakov yenidən Azərbaycana gəlmək istəyir. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi futbola, o cümlədən, milli komandaya qayıtmaq arzusundadır. Dmitri 2009-cu ildə “Jetısu”nun heyətində idman rejimi pozduğu üçün qovulandan sonra Qazaxıstanın Premyer Liqasında heç bir klubda oynamır.

“Milli komandaya düşdüyümə görə hollandiyalı baş məşqçi Arno Paypersə borcluyam. O, əvvəl məni “Astana”ya, ardından milli komandaya dəvət etdi. İndi böyük futbola qayıtmağı arzulayıram. Formamı daim saxlayıram, çempionatın oyunlarını da izləyirəm. Mən futbolda son sözümü hələ deməmişəm” – deyə, Byakob bildirib.

Qeyd edək ki, Avro-2008-də milli komandamızla hər oyunda iştirak edən Byakov qollarından birinə bizə vurub. O, Bakıda 1:1 hesabı ilə nəticələnən görüşdə yığmasını məğlubiyyətdən xilas edib. Qazaxıstan yığması millimizlə növbəti səfər oyununu bu ilin sentyabrın 6-da keçirəcək.