“Bu komanda Berti Foqtsluq deyil”
16.06.2011 - 11:30
“Bu komanda Berti Foqtsluq deyil”
Qadın futbolçular arasında keçiriləcək dünya çempionatının startı ərəfəsində yarışın favoritlərindən olan Almaniya millisi ətrafında geniş müzakirələr başlayıb. Apasport.az saytının məlumatına görə, mundiala təşkilatçılıq edəcək almanlar yığmanın əfsanələrinin indiki komanda haqda fikirlərinə xüsusi yer ayırırlar.

Millinin ilk kapitanı olmuş Enn Trabant müsahibəsində maraqlı məqama toxunub. Məlum olub ki, hazırda Azərbaycan yığmasının baş məşqçisi olan Berti Foqts vaxtilə qadınlardan ibarət Almaniya millisini çalışdırmağa namizəd imiş: “Millinin sabiq müdafiəçisi Berti Foqtsun yığmaya təyin olunması haqda söhbətlər gəzirdi. Lakin bu, baş vermədi. Çünki elə belə də lazım idi. Çünki nə o, nə də başqa kişi məşqçi qadınlar üçündür”.