“Caspian Cup”da son 4 pillənin sahibləri müəyyənləşdi
16.06.2011 - 11:45
İyunun 11-də Bakıda startı verilən “Caspian Cup” beynəlxalq futbol turnirində son 4 pillənin sahibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5-ci yer uğrunda Qırğızıstan – Tacikistan və 7-ci pillə uğrunda Özbəkistan – Qazaxıstan oyunları nominal qonaqların qələbəsi ilə nəticələnib. Tacikistan Qırğızıstana minimal hesabla (1:0) qalib gəlibsə, Qazaxıstan Özbəkistanı darmadağın edib – 5:0.
Qeyd edək ki, bu gün başa çatan turnirdə ilk 4 pillənin sahibi də bu gün müəyyənləşəcək. Azərbaycan 3-cü yerdə uğrunda Gürcüstanla matça saat 17:00-da çıxacaq. Saat 19:30-da başlayacaq görüşdə isə Türkiyə və İspaniya yığmaları turnirin qalibinini müəyyənləşdirəcəklər.

0
0