“Neftçi” üçün Vyanada 3 rəqib
16.06.2011 - 12:42
“Neftçi” üçün Vyanada 3 rəqib
Bakının “Neftçi” klubu Vyanada mini-turnirdə iştirak edəcək. Apasport.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda Avstriya paytaxtında təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

Arif Əsədovun yetirmələrinin bu ölkədə rəqibləri Ukraynanın “Karpatı”, Çexiyanın “Viktoriya” və Rumıniyanın ÇFR klubları olacaq.

Qeyd edək ki, “Neftçi” ötən yayda da Avstriyada təlim-məşq toplanışında olmuşdu. Bu dəfəki hazırlıq iyunun 26-dan iyulun 5-ə kimi olacaq.