“Qapıçımızın heç birini Bakıya gətirə bilməmişdik”
16.06.2011 - 12:51
“Qapıçımızın heç birini Bakıya gətirə bilməmişdik”
“Rəqibə müqavimət göstərmək üçün gücümüz çatmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Özbəkistanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Dilşod Nuraliyev deyib.

Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirində 5-ci yer uğrunda oyunda Qazaxıstanın U-17-ə böyük hesabla uduzan (0:5) özbəklərin çalışdırıcı əsas problemləri haqda fikrini bildirib: “Komandamızın yorğunluğu açıq-aşkar hiss olunurdu. Bununla belə, bizim də qol vurmaq şanslarımız oldu. Amma yararlana bilmədik. Ən yaralı yerimiz qapıçılarımızın zəif oyunudur. Çünki 2 əsas qapıçımızın heç birini Bakıya gətirə bilməmişdik”.