“Bu turniri təşkil etdiyi üçün AFFA-ya minnətdarlığımızı bildiririk”
16.06.2011 - 12:58
“Turnirdəki son oyunumuzu qələbə ilə başa vurduğumuz üçün sevinirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Stoyakin deyib.
Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirini 5-ci yerdə bitirən komanda buna özbək həmyaşıdları ilə bugünkü oyunda qazandığı qələbə (5:0) ilə nail oldu. Hesabın belə olmasına baxmayaraq, Stoyakin qol epizodlardan daha çox istifadə etməli olduqlarını bildirib: “Sürətli oynadıq. Yaratdığımız qol epizodlarının hamısından istifadə edə bilməsək də, böyük hesablı qələbə qazandıq. Bu turniri təşkil etdiyi üçün AFFA-ya minnətdarlığımızı bildiririk. Düşünürəm ki, yaxşı təcrübə mübadiləsi oldu”.

0
0