Numonson Yusupov: Azərbaycanla oyunda kifayət qədər təcrübə qazandıq
16.06.2011 - 13:20
Numonson Yusupov: Azərbaycanla oyunda kifayət qədər təcrübə qazandıq
“Ən əsası, komandamız qalib gəldi. Bütün göstəricilərdə rəqibdən üstün olsaq da, yalnız ikinci hissədə qol vura bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov deyib.

Asiyalı qonaq Bakıda təşkil olunan “Caspian Cup” turnirinin 7-ci yer uğrunda oyununda Qırğızıstan üzərində 1:0 hesablı qələbədən məmnun qalıb: “Bu, bizim beynəlxalq arenada ilk qələbəmizdir. Bu yarışı təşkil etdiyinə görə AFFA-ya minnətdarlığımı bildirirəm. İspaniya, Türkiyə, Azərbaycan kimi komandalarla oyunlarda kifayət qədər təcrübə qazandıq”.