Asiyalı məşqçidən AFFA-ya təşəkkür
16.06.2011 - 13:30
“İlk növbədə bu yarışı təşkil etdiklərinə görə AFFA-ya dərin minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qırğızıstan U-17 yığmasının baş məşqçisi Marat Jumakeyev deyib.
Bakıda keçirilən “Caspian Cup” turnirinin sonuncusu olan asiyalıların çalışdırıcısı Tacikistanla 7-ci yer uğrunda matçdakı 0:1 hesablı məğlubiyyəti dəyərləndirib: “Meydanda əsl mübarizəyə şahidlik etdik. Oyun bərabər səviyyədə getsə də, sonda buraxdığımız bir səhv ucbatından məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

0
0