“Azərbaycan bizim futbolçular üçün cəlbedici məkana çevrilib”
16.06.2011 - 13:45
Serbiyalı futbolçuların Azərbaycan transfer bazarında böyük çəkiyə malik olması bu ölkə mətbuatının da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, mövsümlərarası fasilədə ölkəmizə transfer olunan ilk legionerin, həmçinin, baxışa gələnlərin əksəriyyətinin serbiyalı olması balkanlıların da müzakirəsinə çıxarılıb.
Sabiq yuqoslaviyalı həmkarlarımız bu axını müəyyən mənada təəssüflə izləyir: “Böyük, daha səs-küylü transferlərin gözləndiyi halda, Super Liqa futbolçuları daha az tanınan ölkələrə üz tutur. Bu da daha yaxşı yaşamaq üçün atılan addımdır. Azərbaycan da serb futbolçular üçün cəlbedici məkana çevrilib. “Srvena Zvezda”nın qapıçısı Saşa Stamenkoviç bu ölkədə “Neftçi”də oynayacaq. “Yaqodina”nın hücumçusu Vladimir Cilas da AZAL-a keçməyə çox yaxındır”.

0
0